ALİMLƏRİN ELMİ NƏTİCƏLƏRİ





Kəşfləri ilə dünya elminə töhfə vermiş görkəmli Azərbaycan alimlərinin elmi nəticələri.

           Dünya elmində Azərbaycanın öz payı var.  Kəşfləri ilə dünya elminə töhfə vermiş müasir Azərbaycan alimlərini sizlərə təqdim edirik.Sonrakı buraxılışlarımızda onların davamçılarını sizlərə təqdim edəcəyik.


                                            Lütfi Zadə          
Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professorudur. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır:  təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.



                                      Yusif Məmmədəliyev .
Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş SSRİ-də istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var.










                                             Xudu Məmmədov 
Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerika , bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.



                                           Rafiq Əliyev  
Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:
• AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
• Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
• Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi
• ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi

                                                                 RAFİL RZAYEV

       Fizika-riyaziyyat doktoru ,professorRafil    Əliaga  oglu Rzayev Yüksək Enerjilər Fizikası İnstitunun (YEFİ) aparıcı mütəxəssisi olmuşdur.O,ilk dəfə olaraq sürətləndiricilərdə  elektron –pozitron dəstələrinin radial polyarizasiyası effektini proqnozlaşdırmışdır. “YEFİ-nin sürətləndiricisində kənar mənbələrdən  alınan adron  və neytrino  dəstələrin işlənməsi  və tədqiqi “ mövsusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən Azərbaycanlı alimin ,fizika –riyaziyyat  elmləri doktoru  Rafil Rzayevin adı  nüvə fizikasının yüksək enerjili sürətləndiricilərdə aparılan eksperiment  və tədqiqatlarında bir sıra kəşflərlə yadda qaldı .O,gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyan nüvə -fizikası sahəsində 70-dən çox müxtəlif elmi əsər,məqalələrin müəllifi kimi bütün dünyada layiqli iz qoydu.







Комментарии