RUSİYA HƏQİQİ ELMLƏR AKADEMİYASININ PROFESSORU ƏLİZADƏ İMAMƏLİ OGLU SEYFULLAYEV


Əlizadə İmaməli oğlu Seyfullayev 1 fevral 1957-ci ildə Salyan rayonun Noxudlu kəndində anadan olmuşdur. Ə.İ.Seyfullayev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirərək, AMEA Kibernetika İnstitutuna təyinatla mühəndis-riyaziyyatçı vəzifəsində işə qəbul olunmuşdur. 1981-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində XKB-də böyük mühəndis vəzifəsində, 1991-ci il ildən isə ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur. 1984-cü ildə ildə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində 01.02.04 – Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə istehsalatdan ayrilmamaqla aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Catlı çoxqat materialların dağılma mexanikasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1996-cı ildən aparıcı elmi işçi vəzifəsində calışır. Ə.İ.Seyfullayev “Əyri strukturaya malik çatlı kompozit materialların dağılma və dinamika məsələlərinin tədqiqatı” ilə məşğul olur. 50 elmi əsərin müəllifidir. Ə.İ.Seyfullayevin elmi rəhbərliyi ilə 5 namizədlik dissertasiyası müdafiə olunmuşdur. O çoxlu sayda konfransların iştirakçısı olaraq, məruzələrlə çıxış etmişdir. Onun xarici nüfuzlu jurnallarda məqalələri dərc olunub. Ə.İ.Seyfullayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Neft qazçıxarmada və daşınmada istifadə olunan konustruksiya elementlərinin möhkəmlik xarakteistikalarının tədqiqi və konustruksiyanın optimal variantının seçilməsi” adlı qrant müsabiqəsinin qalibi olmuşdur.
Ə.İ.Seyfullayev 15 fevral 2016-cı ildə Rusiya Həqiqi Elmlər Akademiyasının professoru adına layiq görülmüşdür

Комментарии