FİZİKA,RİYAZİYYAT ELMLƏR DOKTORU,AMEA-NIN MÜXBİR ÜZVÜ VAQİF QULİYEV







    Vaqif Sabir oğlu Quliyev 1957-ci il fevral ayının 22-də Salyan şəhərində anadan olmuşdur. 1978-ci ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "Sinqulyar inteqral operatorların tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1987 və 1991-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunda elmi stajkeçmədə olmuşdur. 1993-cü il 19 mart Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1994-cü il Moskva şəhərində V.A. Steklov adına Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasında "Интегральные операторы в пространствах функций на однородных группах и на областях в {\displaystyle R^{n}}" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1983-1995-cı illərdə BDU-nun "Riyazi analiz" kafedrasında asistant, baş müəllim, dosent, 1995-ci ildən 2008-ci ilə kimi professor vəzifələrində, 2008-ci ildən indiyə kimi BDU-nun "Riyazi analiz" kafedrasında əvəzçilik ilə professor vəzifəsində çalışır. 1995-1998-ci illərdə RMİ-də əvəzçilik ilə "Riyazi fizika tənlikləri" şöbəsində işləmiş, 1998-ci ildə bu şöbədə "Harmonik analiz aparatının riyazi fizika tənliklərinə tətbiqi" qrupuna rəhbərlik etmişdir. 1999-2001-ci illərdə "Riyazi analiz" şöbəsində "Harmonik analiz" laboratoriyasına rəhbərlik etmiş, 2001-2003-cü illərdə "Riyazi analiz" şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2005-ci ildən 2008-ci ilədək isə əvəzçilik ilə "Riyazi analiz" şöbəsində işləmişdir. 2008-ci ildən 2014-cü ilə kimi RMİ-nin "Riyazi analiz" şöbəsinin baş elmi işçisi vəzifəsində, 2014-cü ildən hal-hazıra kimi RMİ-nin "Riyazi analiz" şöbəsinin müdürü vəzifəsində çalışır. 2015-cü il mayın 7-dən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. 2014-cü il 30 iyun AMEA-nın müxbir üzvü seçilmişdir.

Комментарии