ATOM NÜVƏSİ FİZİKASINA AZƏRBAYCANLI MÖHÜRÜNÜ VURAN ALİM.


    



   ATOM NÜVƏSİ FİZİKASINA AZƏRBAYCANLI MÖHÜRÜNÜ VURAN  ALİM.


                     



       Fizika-riyaziyyat doktoru ,professorRafil    Əliaga  oglu Rzayev Yüksək Enerjilər Fizikası İnstitunun (YEFİ) aparıcı mütəxəssisi olmuşdur.O,ilk dəfə olaraq sürətləndiricilərdə  elektron –pozitron dəstələrinin radial polyarizasiyası effektini proqnozlaşdırmışdır.Rafil Rzayevin yüklü zərrəciklər dəstələri fizikası sahəsindəki nəticə  və nailiyyətlərinin elmdə  fəal istifadə edilməsi bu gün də  ugurla davam etdirilir.                                                                                                                                                                                                                                                                          N.Y.TYURİN                                                                                             YEFİ nin ,DEM  -in direktoru,professor.                                                                 
                                                                                                 A.A.LOQUNOV
                                                                 
                                                      YEFİ DAM –in elmi rəhbəri,REA –nin akademiki        
                                                                                      

          Rafil Əliaga oglu Rzayev 1937-ci il aprelin 26-da Salyanda anadan olmuşdur.Orta məktəbi qızıl medalla bitirib BDU –nun  fizika fakultəsinə daxil olan gənc Rafil özünün elmə həvəsi,təqdidatçılıgı ilə diqqəti cəlb edərk akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə 1957 –ci ldə M.B.Lomonosov adına Moskva  Dövlət Universitetinə təhsilini davam etdirməyə göndərilir.Hansı ki,həmin dövr MDU-nun elmin zirvəsinə dogru irəlilədiyi dövr idi.Tələbə və aspirantlara öz elmi tədqiqtalarını aparmaq üçün hər cür şərait yaradılmışdı.Belə bir mühitə düşən gənc Rahil ilk gündən “Nəzəri fizika” kafedrasını seçdi.O dövrdə fizika fakultəsinin dekanı Dövlət mükafatı laureatı professor  Fursov,MDU-nun rektoru akademik   Petrovski idi.Sovet İttifaqının bütün respublikalarından  və dünyanın bir çox   ölkələrindən gəlmiş tələbə və aspirantlar MDU- da  bir ailə şəklində,demokratik şəraitdə öz təhsil və elmi işlərini davam etdirirdilər.            
         Rafil Rzayevin daxilində oldugu bu fantastik mühit onun gələcəkdə nail olacagı keyfiyyətli təhsil almasında ,elmi axtarışlarında,fədakar yaradıcılıgında , böyük kəşflərin əldə edilməsində böyük rolu olacaqdır.
          “Polyarizələnmiş relyativistik zərrəciklərin maqnit sahəsində hərəkəti və şüalanması”mövzusunda dissertasiya işini başa vuran Rafil Rzayev  1965-ci ildə MDU-da Dövlət mükafatı laureatıİ.M.Ternovun  rəhbərliyi altında namizədlik dissertasiyasını ugurla müdafiə edir. Dissertaisiya işinin əsas ideyası sinxrotron şüalanmasında polyarizasiya effektlərinin oynadıgı rolu  hərtərəfli dəqiq müəyyən etməkdən ibarət idi.Polyarizasiya hadisələri yeni,unikal nəticələrə gətirir və prosesin naməlum cəhətlərini açıqlayır və gələcək üçün yeni imkanlar yaradır.
           Dünyada ən yüksək enerjiyə malik proton sürətləndiricisi U-70 ( 70-milyard elektron volta qədər sürətləndirən) 1965-ci ildə Moskva vilayətindəki Serpuxovun yaxınlıgında Protvinoda qurulub işə salınmışdı.U-70 də zərrəciklər fantastik enerjiyə qədər sürətləndirilir.Bu o dövr üçün ən əhəmiyyətli bir hadisə idi.Böyük sürətə malik zərrəciklər sürətləndiricidən çıxarılmalı idi ki, zərrəciklər  fiziki ölçmələr aparan eksperimental qurgulara yönəlsin.Bu bütün fiziki kompleksin işinin çox müpəkkəb,incə  və məsuliyyətli hissəsidir.Hər bir sürətləndiricinin səmərəli işi ciddi şəkildə yüksək enerjili dəstənin formalaşmasından asılıdır. 
         Bu nəhəng sürətləndiricidə işləməyə dəvət edilən gənc elmlər namizədi Rafil Rzayev  1966-cı ildə Yüksək Enerjilər Fizikası İnstitutunun(YEFİ) əsas heyətinə daxil edilir. Yüksək enerjilər  fizikasında böyük nailiyyətlər qazanmış yüksək
 elminə və xeyirxah insani keyfiyyətlərinə görə  Rafil Rzayev YEFİ-də  dəstələr şöbəsinə25 il rəhbərlik etmiş,işlədiyi kollektivdə çox dərin iz buraxmışdır.Onun elmi  nəticələri təkcə  Sovetlər ölkəsində deyil,həm  də xarici elm mərkəzlərində : ABŞ ( Fermi laboratoriyası),Bataviyada,İsveçrədə(TSERN) ,                                        Fransada,İspaniyada,Almaniyada,İngiltərədə və beynəlxalq konfrans və seminarlarda   etdiyi  məruzələrdə böyük müvəffəqiyyət qazanmışdır. O     O, 1990-cı ildə Protvinoda “YEFİ-nin sürətləndiricisində kənar mənbələrdən  alınan adron  və neytrino  dəstələrin işlənməsi  və tədqiqi “ mövsusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.
   Azərbaycanlı alimin ,fizika –riyaziyyat  elmləri doktoru  Rafil Rzayevin adı  nüvə fizikasının yüksək enerjili sürətləndiricilərdə aparılan eksperiment  və tədqiqatlarında bir sıra nəticələrlə yadda qaldı .O,gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyan nüvə -fizikası sahəsində 70-dən çox müxtəlif elmi əsər,məqalələrin müəllifi kimi bütün dünyada layiqli iz qoydu.
       Rafil Rzayev vətəninə ,millətinə baglı adam idi,bu məsuliyyəti bir anda itirmirdi.Hər şeyin yerini bilən bir insan idi. Bazar günləri, hətta bayram günləri işləməsinə baxmayaraq öz yuxusundanvaxtından kəsib  Azərbaycandan  Moskvanı görməyə gələn ,yaxud  hansısa  xəstəxanada müayinə olunmaq istəyən  qohum-qardaşa ,dost-tanışa  vaxt ayırararaq vaxtını onlara sərf edib qaygılarına qalardı.Onun üçün Azərbaycanla baglı hər şey –adət ənənələrimiz,bayramlarımız,əxlaqi dəyərlərimiz ,mətbəximiz dogma və əziz idi.Öz musiqimizi  çox sevərdi və sevdirərdi.
   
    Rafilin nüvə fizikası sahəsində qazandgı ugurlarda onun sakit,mehriban və isti ailə mühitini yaradan  insanın ,sevimli həyat yoldaşı  və dayagı  Fəridə xanımın  da böyük zəhməti olub.Fəridə xanım  ailə qurduqları vaxtdan  ta dünyasını dəyişənə qədər Rafilə  xoş rəftar  bəxş edib ,hər hərəkətinin ölçü –biçisini bilib, elə Rafilin  istədiyi kimi bir xanım olub.Fəridənin ən böyük işi Rafili yaddaşlarda yaşatmaqdır.O, bu sahədə çox böyük işlər görüb.Onun səyi nəticəsində Salyan 3 № li orta məktəb böyük alim Rafil  Əliaga oglu Rzayevin adını daşıyır.
     
    Fəridə xanım Salyan rayon Təhsil şöbəsi ilə birlikdə hər il Rafil Rzayevin şərəfinə tədbirlər keçirərək, təhsildə yüksək nəticələr əldə etmiş,olimpiadalarda qalib gəlmiş şagirdlıri  müəllimləri ilə birlikdə  müxtəlif mükafat  və tərifnamələr ilə təltif  edirlər.
        Görkəmli fizik , Rafil Rzayev çox az yaşadı ,cəmi 54 il,ancaq tükənməz yaradıcılıq enerjisinə malik olan  bu yorulmaz  alim öz ömür çərçivəsində  yaratdıqları  ilə yalnız MDB məkanında deyil,dünyanın müxtəlif ölkələrində tanındı.
   
    
         Dadaşova Almas Həsənpaşa qızı
       
         Salyan rayonu.A.Əliyev adına Aşagı
Kürkənd tam orta məktəbin fizika müəllimi
I və II “ƏN YAXŞI YAZI” müsabiqəsinin
qalibi,II dərəcəli diplomçusu(fizika fənni üzrə).                                                                                                                                                            



Комментарии